Newscenter.az.14.11.2021. Bu günlərdə Türkiyədə səfərdə olan Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndi Ankarada Yurtdışı Türklər ve Akrabalar Topluluklar Başkanı Abdullah Erenlə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə TUMİB sədri bir Türkiyə Bursları təqaüdçüsü olaraq YTB-ni hər zaman evimiz olaraq qəbul etdiyimizi, Azərbaycan Türkiyə münasibətlərinin daha da möhkəmləndirilməsi üçün könül elçisi olmağa davam edəcəklərini bir daha söyləyib Eyni zamanda TUMİB-in hazırkı fəaliyyətindən və yaxın gələcəkdə görəcəyimiz işlər barədə də YTB başqanına məlumat verilib:
"Abdullah bəy də öz növbəsində çalışmalarımıza yeni istiqamətdə dəyərli tövsiyələrini verərək, bütün məzunlarımıza salam dualarını çatdırmamızı istədi. Olduqca dolğun iş qrafikində bizə geniş zaman ayırıb qəbul etdiyi üçün dərin təşəkkür və minnətdarlığımızı bildiririk".
Mehman