Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahin Seyidzadə: "Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpasına böyük önəm verir"



Newscenter.az.15.11.2021. 13-14 noyabr 2021-ci il tarixlərinda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan və Rusiyanın tanınmış ekspert və elm adamlarının Qarabağ bölgəsinə səfəri baş tutub.

Newscenter.az xəbər verir ki, əvvəlcə qonaqlar Qarabağın "hava qapısı" adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına gəlib, sonra İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Zəfər yolu ilə tanış olublar.

Daha sonra Şuşa şəhərinə gələn qonaqlar burada “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masada iştirak ediblər.

Dəyirimi masada çıxışı zamanı Milli Məclisin deputatı Şahin Seyidzadə postmüharibə dövründə Ermənistanın Qarabağ üzrə üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməsinin vacibliyinə diqqət çəkib. Millət vəkili çıxışı zamanı onu da bildirib ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpasına böyük önəm verir.



NEWSCENTER.AZ
Xəbəri paylaş