Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq sənədləri imzalanıb



Newscenter.az.15.11.2021
. Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) çərçivəsində Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.

“Report” xəbər verir, bunlardan biri yol xəritəsidir ki, ona Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Mahmud Asmalı imza atıb.

Budnan başqa, Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Türkiyənin İstanbul şəhərinin Dövlət - Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzinin sədri Eyup Vural Aydınla Dövlət-Özəl Tərəfdaşlığı üzrə Niyyət Protokolu, Azərbaycanın “Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyası” İctimai Birliyinin sədri Xaliq İldırımzadə Türkiyənin “Gənc MUSİAD” təşkilatının sədri Furkan Akballa əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Xəbəri paylaş