Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin Seyidzadədən 6 yaaşlı məktəbliyə sürpriz-FOTOLAR



Newscenter.az.15.11.2021. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən parlamentə seçilmiş deputat Şahin Seyidzadə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan 6 yaşlı Məhəmmədin istəyinə uyğun olaraq onun ailəsinin qonağı olub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı deputat özü facebook sosial şəbəkəsi hesabında paylaşıb. Şahin Seyidzadə bildirib ki, 6 yaşlı Məhəmmədi ad günü münasibətilə ziyarət edib:

"Seçkilərdən sonra Milli Məclisin deputatı seçilməyimiz münasibəti ilə seçicilərimizdən gələn təbrik zənglərindən biri xüsusi ilə fərqlənirdi. Yaşının az olmasına baxmayaraq Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindən zəng vuran 6 yaşlı Məhəmmədlə olan ünsiyyətimiz qısa zaman kəsiyində səmimi münasibətə çevrildi. Zaman-zaman bayram və xüsusi günlərdə zəngləşir, Məhəmmədlə sıx ünsiyyət saxlayır, müxtəlif məsələlərlə bağlı fikirlərimizi bölüşürdük".

Millət vəkili qeyd edib ki, 2021-ci ilin oktyabr ayında Abşeron rayonunda keçirilmiş son qəbulda anası Günay xanımla birlikdə Məhəmməd də iştirak edirdi. Söhbət əsnasında kiçik dostumuz bizi noyabr ayının 15-i ad gününə dəvət etmiş, biz də öz növbəmizdə ad günündə iştirak edəcəyimizə söz verdik:

"Bu gün noyabrın 15-i ad günü münasibəti ilə balaca dostumuzun qonağı olduq. Məhəmmədi ad günü münasibəti ilə təbrik edir, ona uğurlar arzu edirəm!".

Newscenter
Xəbəri paylaş