Newscenter.az.15.11.2021. Yerli fındıq istehsalına ən çox töhfə verən Qax, Zaqatala və Balakən rayonlarında “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” layihəsi çərçivəsində silsilə təlimlərə start verilib.
Newscenter.az xəbər verir ki, təlimlər, o cümlədən praktiki məşğələlər Azərbaycanda fındığın keyfiyyətini və istehsalını yaxşılaşdırmaq üçün kənd təsərrüfatı sahəsində ən məhsuldar təcrübələri fermerlərlə paylaşmaq məqsədi daşıyır.
Növbəti altı həftə ərzində Qax, Zaqatala və Balakən rayonlarından olan fermerlərə edilən təlimçi aqronom Hüseyn İdrisov tərəfindən təlimlər təşkil olunacaqdır.
Təlimlər bu mövzuları əhatə edəcək:
Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələri (GAP):Əsas Prinsiplər və Konsepsiya
Meyvə bağlarının salınması və fındıqçılıqda torpaq məhsuldarlığının idarə edilməsi;
Gübrələmə və kompostlaşdırma Ağac arxitekturasının idarə edilməsi;
Aflatoksinlər və aflatoksinlə çirklənməyə qarşı mübarizə tədbirləri;
Zərərvericilərə qarşı İnteqrir Mübarizə (IPM);
Fındıq istehsalında məhsul yığımı, qurutma və təmizləmə prosedurları;
Fındıq istehsalında qablaşdırma, saxlama və daşıma;
Fındıq istehsalında Keyfiyyət və Keyfiyyət Standartları və İzlənilə bilmə;
Orqanik Kənd Təsərrüfatı və Orqanik Fındıq İstehsalı
Təlimlər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil olunur. Növbəti təlimlərdə iştirak etmək istəyən fermerlər qeyd olunan rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.
“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir və layihə çərçivəsində əsas məqsəd fermerləri fındığın istehsalında səmərəliliyinin artırılması üçün məhsuldar kənd təsərrüfatı təcrübələri ilə məlumatlandırmaq, həmçinin aflatoksinlə çirklənmə riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilən qoz-fındıq məhsullarının keyfiyyətini artırmaqdır.