Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ Dirçəliş Fondu “Yüksəliş” müsabiqəsinin qalib və finalçıları ilə görüş keçirib



Newscenter.az.15.11.2021. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlərdə “Yüksəliş” müsabiqəsinin finalçılarının potensialından yararlanmaq, Qarabağın inkişafına, tərəqqisinə töhfə verə biləcək təklifləri və mühüm təşəbbüsləri dəyərləndirmək məqsədilə fikir mübadiləsi görüşü keçirib.

Newscenter.az xəbər verir ki, örüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Gənclər və İdman nazirinin müavini, "Yüksəliş" İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və “Yüksəliş” müsabiqəsinin qalib və finalçıları iştirak edib.

Giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayan Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondunun (QDF) yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilən strategiyaya uyğun olaraq həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Sədr, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı Qələbədən sonra yaranan yeni reallıqlardan bəhs edib.

R.Hacıyev 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağın dirçəlişi, yüksək rifaha malik regiona çevrilməsi üçün keyfiyyətli insan gücünün təminatını, müasir idarəetmə sisteminin tətbiq olunmasının olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Tədbir zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Karabakh.Center” layihəsinin materialları əsasında hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” videoçarxı nümayiş olunub.

Daha sonra Gənclər və İdman nazirinin müavini, "Yüksəliş" İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev milli kadr ehtiyatının zənginləşdirilməsi və formalaşdırılması üçün mühüm layihə olan “Yüksəliş” müsabiqəsinin məqsəd və vəzifələri, eləcə də gələcək planları barədə məlumat verib.
F. Hacıyev Ali baş komandanın rəhbərliyi ilə işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması prosesində təqdim edilən layihələrin əhəmiyyətli rol oynaya biləcəyini əlavə edib. Fərhad Hacıyev Qarabağ Dirçəliş Fondu ilə sözügedən sahələrdə birgə fəaliyyəti yüksək qiymətləndirdiyini və mövcud əməkdaşlığın gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini ifadə edib.

Görüşdə müsabiqə iştirakçıları tərəfindən Qarabağ bölgəsinin sürətli bərpasına töhfə vermək məqsədilə informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, energetika və ekologiya məsələlərini əhatə edən ümumilikdə 15 layihə təqdim olunub.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalib və finalçıları tərəfindən təqdim olunan layihələr qiymətləndirilməsi məqsədilə müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Eyni zamanda Fond özünün Nizamnamə ilə müəyyən edilmiş məqsədlərinə uyğun gələn layihələrin reallaşdırılmasının mümkünlüyü dəyərləndiriləcək.
Görüşün sonunda fikir mübadiləsi sessiyası keçirilib.

Sevinc
Xəbəri paylaş