Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici dairələrin Saakaşvili planı baş tutmadı



Newscenter.az.15.11.2021. "Tiflisdə müxalifətin keçirdiyi mitinqlərə baxıb, Azərbaycanda bəziləri cuşa gəlib qələbə qeyd edirdilər amma proseslər bir daha onu göstərdi ki, xarici dairələrin Saakaşvili planı baş tutmadı".

Newscenter.az xəbər verir ki, bu fikirləri AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli səsləndirib. O bildirib ki, Saakaşvili həbsdə ola-ola belə, başda Tiflis olmaqla böyük şəhərlərin əksəriyyətində müxalifət, iqtidara bələdiyyə seçkilərində məğlub oldu:

"Bu bir daha onu göstərir ki, gürcü xalqı Saakaşvili vaxtlarına qayıdıb, Rusiya ilə konfrantasiyaya girmək istəmir. Çünki iqtisadi, maliyyə baxımından Gürcüstan Rusiyadan yenə də çox asılıdır".

Mehman
Xəbəri paylaş