Newscenter.az.16.11.2021. Bakıda qadın sirkə turşusu içərək özünü öldürüb.
“Report”un əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü G.Əkbərova noyabrın 9-da yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib.
Daha sonra qadın 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Noyabrın 14-də G.Əkbərova müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Surxanı Rayon Prokurorluğunda araşdırma aparılır.