Newscenter.az.16.11.2021. “Zəfərə doğru addımla" layihəsinin növbəti təqdimatı Türkiyənin Bursa şəhərində baş tutub.
Newscenter.az xəbər verir ki, Bursa Orhangazi hökumət evində Orhangazi Bələdiyyəsi, Gənclərin Töhfəsi İctimai Birliyi və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondunundəstəyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi , Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirilib.
Tədbirdə Orhangazi Kaymakamı Süleyman Özçakıcı, Orhangazi Bələdiyyə başqanı Bekir Aydın, Kültür ve Sosyal İşler müdürü Erkan İnce, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynova, Asılsız Ermeni İddialarıyla Mücadele Dərnəyinin Yalova temsilçisi Talat Öztürk və digər şəxslər iştirak edib. Həmçinin layihə çərçivəsində esse üzrə 3-cü yerin qalibi Nermin Başak İnce qiymətli hədiyyələr və diplomla təltif olunub.
Qeyd edək ki, layihənin 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcək.
NEWSCENTER.AZ