Newscenter.az.16.11.2021. Bütün münaqişələrin arxasında yalnız siyasi və iqtisadi səbəblərin dayanması haqda iddialar öz yerində, amma mədəni, tarixi, milli, dini və s. irsin də müstəsna rolu var. Burada da bəzən məqsədli şəkildə təhrifə yol verilir.
Məsələn, azərbaycanlılarla ermənilərin münaqişəsini onların müxtəlif dinlərə və ya etnoslara malik olması ilə əsaslandırıb kinfliktə dini- etnik çalar verirlər və bunu da müxtəlif sivilizasiyalar arasında münaqişə kimi təqdim etməyə çalışırlar.
Halbuki hər şey tam əksinədir. Səbəb bir xalqın digərinin təkcə torpağına deyil, həm də mədəniyyətinə, ənənələrinə, tarixinə iddia etməsidir ki, bunlar da hər bir xalq üçün onun kimliyinin göstəricisidir.
Yəni, ermənilərin iddiası təkcə bizim torpaqlarımıza deyil, həm də kimliyimizədir, ona görə də bu münaqişə heç vaxt bitməyəcək. Odur ki, dinc birgə gələcək haqqında da xülyalara qapılmağa ehtiyac yoxdur, çünki bu, yalnız özünü aldatmaq olacaq.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri