Newscenter.az.16.11.2021. Respublika ərazisində hava şəratitinin kəskin dəyişməsi, qeyri-sabit və yağıntılı keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İB dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, faktiki əsən küləyin sürətindən asılı olaraq təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Newscenter.az "Azneft" İstehsalat Birliyinə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində 28 nəfər təxliyə edilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.
Qəhrəman və fədakar neftçilərimiz iş başındadır. Hazırda istehsalat öz ahəngi ilə davam edir.
Mehman