Newscenter.az.16.11.2021. Paytaxtda hərəkətdə olan avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Chevrolet Aveo" markalı avtomobil saxlanılıb.
Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mehman