Newscenter.az.16.11.2021. Metronun "Nərimanov" stansiyasında aktiv koronavirus xəstəsi, 1998-ci il təvəllüdlü Quliyev Şərəf saxlanılıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.
Mehman