Newscenter.az.16.11.2021. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir. Növbəti aqrar səyyar xidmət Sabirabad rayonunda kəndlərində təşkil olunub. Sabirabadda 860 fermerə səyyar aqrar xidmət gösərilib.
Newscenter.az KTN-ə istinadən xəbər verir ki, xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Səyyar xidmət zamanı növbə sistemi təşkil olunub, fermerlərə maska paylanıb, onların müraciətləri təmin edilib.
Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 4 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Bunadək Şəki rayonunun kəndlərində aqrar səyyar xidmət təşkil olunub. Şəkidə Səyyar Qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 2100-dən artıq fermerə səyyar aqrar xidmət göstərilib.
Növbəti həftələrdə səyyar qrupların sayı 4-dən 6-ya artırılmaqla respublikanın digər regionlarında səyyar aqrar xidmət təşkil olunacaq.
Sevinc