Newscenter.az.16.11.2021. Sərhəddəki son təxribatlara görə məsuliyyət Ermənistanın siyasi hərbi rəhbərliyi ilə yanaşı, həm də ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin üzərinə düşür.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Xəyal Bəşirov deyib ki, bu yolla münaqişəli vəziyyəti bərpa etməklə, həm də özlərinin fəaliyyətlərini dirçəltməyə çalışırlar:
"Bu cür qruplar dünya üzrə heç bir münaqişəni həll etməyiblər, əksinə münaqişələri uzatmaqla öz ömürlərini uzatmağa çalışırlar. Azərbaycanın bu illər ərzində mübarizə apardığı quvvələrin sayı görünməkdədir. Hər bir halda vəziyyətdən ən zərərli bu cür oyunlara gələn Ermənistan çıxacaq".
Mehman