Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri sərhəddəki vəziyyət barədə məlumatlandırılıb



Newscenter.az.16.11.2021. Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.
Xəbəri paylaş