Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abdullah Gül Beynəlxalq Türk Akademiyasında



Newscenter.az.17.11.2021. Qazaxıstanda işgüzar səfərdə olan Abdullah Gül təşkilatın yeni binasında yerləşən Türk Muzeyinə baş çəkib, Akademiyanın nəşr etdirdiyi əsərlərlə tanış olub.

Newscenter.az xəbər verir ki, A.Gül 2010-cu il mayın 25-də Prezident Nursultan Nazarbayevlə birlikdə Astanadakı Sülh və Barışıq Sarayında Türk Akademiyasının açılış mərasimində iştirakını məmnunluqla xatırladığını, yeni binanı ziyarət istəyinin də burdan qaynaqlandığını ifadə edib.

Türkiyənin sabiq prezidenti Akademiyanın qardaş ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində aktiv fəaliyyətini yüksək qiymətləndirib, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qonağa qurumun türk dünyasında təhsil və elm sahəsində əməkdaşlıq istiqamətində fəaliyyəti barədə məlumat verilib, Akademiya tərəfindən hazırlanmış dəyərli nəşrlər təqdim edilib.

Anar
Xəbəri paylaş