Newscenter.az.17.11.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Newscenter.az-a AQTA-dan bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 16-da ölkə üzrə 401 ictimai iaşə obyektində 693 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç., ev 2404m ünvanında yerləşən, fiziki şəxs Məmmədli Əli Kəramət oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., bina 34 ünvanında yerləşən, fiziki şəxs Axundova Sevinc Elçin qızına məxsus “İsgəndərçi Dönər” restoranı;
3. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, fiziki şəxs Rəhimov Elman Vahid oğluna məxsus “Mormor” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Sevinc