Newscenter.az.17.11.2021. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən müvafiq tədbirlərlə rayonun Pensər kəndi ərazisində yerləşən restoranda təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Bununla bağlı olaraq həmin restoranın sahibi Ü.Məmmədov və toyun təşkilatçısı N.Həsənov barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilməklə cərimə olunublar.