Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hakimiyyəti ayıq olmalı və vaxtında tədbirlər görməyə çalışmalıdır



Newscenter.az.17.11.2021. "16 noyabr 2021-ci il tarixdə Ermənistan ordusuna aid hərbiçilərin Azərbaycan Respublikasının Ermənistanla sərhədlərində öz postlarında sərhədlərimizi qoruyan əsgərlərimizə ağır silahlardan atəş açması və bunun nəticəsində baş verən qarşılıqlı atışma nəticəsində Ermənistan ordusunun ciddi itkilər verməsi Ermənistanın və onun arxasında dayanan böyük dövlətlərin ölkəmizə qarşı hansısa bir gizli planının ola biləcəyini göstərir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Konqres Partiyasının sədri İxtiyar Şirin qeyd edib ki, Ermənistan hərbiçilərinin Azərbaycan ərazilərində postlarda olan hərbiçilərimizə ağır silahlardan atəş açması, sonra isə onlarım öz postlarında Azərbaycan əsgərləri tərəfindən tərki-silah edilməsi, əsir götürülmısi, bir çox erməni əsgər və zabitlərin qarşılıqlı atəş nəticəsində öldürülməsi ortada ciddi bir provakasiyanın olduğunu göstərir:

"Ola bilər ki, Ermənistanın və onun arxasında dayanan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa özləri planldığı bu insidentdən istifadə edərək 2-ci Qarabağ müharibəsinin nəticələrinin Ermənistanın xeyrinə dəyişdirilməsi üçün hansısa ciddi addımlar atmağa çalışsınlar. Sabahdan başlayaraq bir çox məsələlər aydınlaşmağa başlayacaqdır. Azərbaycan hakimiyyəti ayıq olmalı və vaxtında tədbirlər görməyə çalışmalıdır".

Mehman
Xəbəri paylaş