Newscenter.az.17.11.2021. Azərbaycan YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.
Newscenter.az xəbər verir ki, sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib. Azərbaycan YUNESKO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.
YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə İcraiyyə Şurasına üzv seçilib.
Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də YUNESKO İcraiyyə Şurasının üzvü olub