Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərlə danışıqların heç bir mənası yoxdur



Newscenter.az.17.11.2021. Ermənilər yenə də təxribat törətdilər. Cavablarını da aldılar . Şəhidlərimiz var. Allah Şəhidlərimizə rəhmət eləsin, Ruhları şad olsun. Allah yaralılarımıza şəfa versin.

Newscenter.az xəbər verir ki, bu fikirləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı səsləndirib. QAT SƏDRİNİN SÖZLƏRİNƏ GÖRƏ, Bu hadisə bir daha göstərdi ki, ermənilərlə danışıqların heç bir mənası yoxdur:

"Düşmən yekun zərbə ilə məhv edilməli , tam qələbə əldə olunmalıdır. Ermənilərə min lənət olsun. Ermənilər , onların hamiləri bilsinlər ki , ZƏFƏR bizim olacaq. Bu cür hərəkətlərlə düşmən heç nə əldə edə bilməyəcəq. Mübariz Xalqımız , rəşadətli Ordumuz, müdrik və qətiyyətli siyasi rəhbərliyimiz hökmən qalib gələcək. Birliyimizi daha da möhkəmləndirməli , vahid iradə ilə Tam Qələbəyə doğru getməliyik. Ordumuza , Xalqımıza eşq olsun! Qələbə hökmən bizim olacaq!".

Mehman
Xəbəri paylaş