Newscenter.az.17.11.2021. Ermənistanın Müdafiə Nazirliyi (MN) dünən Azərbaycan ilə sərhəddə baş vermiş hərbi toqquşma zamanı verdikləri itkilər barədə məlumat açıqlayıb.
“Report” xəbər verir ki, noyabrın 17-si səhər saatlarına olan məlumata görə, 1 hərbçi ölüb, 13 hərbçi əsir düşüb, daha 24 hərbçinin taleyi barədə heç bir məlumat yoxdur.
İtkin düşmüş hərbçilərin tapılması istiqamətində intensiv işlər aparılır. Məlumatda həmçinin 2 hərbi postun Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunur.