Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın təxribatı nəticəsində şəhid olan Elçin Ağayevlə vida mərasimi keçirilir



Newscenter.az.17.11.2021. Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Ağayev Elçinlə Cəlilabadda vida mərasimi keçirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları ilə yanaşı rayon ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid Elçin Ağayev Cəlilabad şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub.

Allah rəhmət eləsin!
Xəbəri paylaş