Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gübrə satışı ilə məşğul olan ticarət obyektlərində monitorinqlər keçirilir



Newscenter.az.17.11.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində hüquqi və fiziki şəxslərə məxsus pestisid və gübrələrin satışı ilə məşğul olan ticarət obyektlərində monitorinqləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Xaçmaz regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda fəaliyyət göstərən pestisid və gübrələrin satışı ilə məşğul olan ticarət obyektlərində keçirilən monitorinqlər zamanı pestisid və gübrələrin daşınması, satışı, saxlanma şəraiti, dövlət qeydiyyatından keçməsi, istifadəyə yararlılıq müddəti, qadağan olunmuş dərman preparatlarının satışının həyata keçirilməsi, satış obyektlərində kimyəvi preparatların saxlanması zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunması araşdırılıb.

Monitorinqlər zamanı aşkar olunmuş nöqsanlarla bağlı satış obyektlərinin rəhbərləri məlumatlandırılıb, onlara qanunvericiliyin tələbləri izah edilib.

Sevinc
Xəbəri paylaş