Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk Qrupunun fəaliyyətinin yenidən bərpası üçün istinadlar yaradılır



Newscenter.az.17.11.2021. "Azərbaycan-Ermənistan sərhədində Kilisəli dağı yaxınlığında atəşkəsin pozulması münaqişə tərəflərindən başqa əksər ölkələrə sərf edir. Yekundə hər iki tərəf əvvəlki mövqeyinə qayıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu səsləndirib. O bildirib ki, Rusiyanın müdafiə naziri telefonla başla və dayan əmrləri ilə bölgədə gücünü və təsirini bir daha nümayiş etdirir və belə halları təkrarlandırmaqla Azərbaycan və Ermənistan sərhədinin münaqişəli yerlərində də xüsusi nəzarət postları qurmaq üçün əsaslar qazanır:

"ABŞ, Fransa və digər qərb dövlətləri münqaişə tərəflərinə çağırışlar etməklə Minsk Qrupunun fəaliyyətinin yenidən bərpası üçün istinadlar yaradır.
İran region üçün təhlükə artır deyib, bəyanat verib, bulanıq suda balıq tutmağa çalışır. Türkiyə hərbiçiləri oyundan kənarda, aciz vəziyyətdə qalır.
Belə olan halda da sərhəddə igid oğlanlarımız həyatlarını itirir, ailələrin çıraqları sönür, Allah şəhidlərimizə rəhmət eləsin!".

Mehman
Xəbəri paylaş