Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mövlud Çavuşoğlu: "Ermənistan heç nəyə nail olmayacaq"



Newscenter.az.17.11.2021. "Ermənistan bu davranışı ilə heç nə əldə edə bilməyəcək, uduzacaq"

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid Alzayani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycan 30 ilə yaxındır işğal altında qalan torpaqlarını 44 gün içərisində geri aldı. Bununla da türkün gücünü və qətiyyətini göstərdi. Azərbaycan yalnız deyil və olmayacaq. Öz torpaqlarını geri alan Azərbaycanın atdığı addımlara baxaq. Hazırda çox əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycanın Ermənistana əhatəli sülh müqaviləsi təklif edir. Qalib tərəf məğlub tərəfə deyir ki, gəl, sülh müqaviləsi bağlayaq ki, bir daha aramızda münaqişə olmasın. Ermənistan isə bunlara məhəl qoymayaraq Azərbaycana hücumlar edir. Onlar Azərbaycan torpaqlarında terror hücum həyata keçirir", - o deyib.

M.Çavuşoğlu vurğulayıb ki, Ermənistan Azərbaycanla sərhəddə təxribatları yenə davam etdirir: "Bu iki yanaşma arasında çox ciddi fərq var. Bu, Ermənistan üçün heç bir nəticə verməyəcək. Bölgənin sabitliyi üçün əməkdaşlıq etmək istəyirik. Biz bunları söylədiyimiz halda, Ermənistan bunları qəbul etmir, qarşılığında nə istədiyini də bildirmir. Buralar Azərbaycan torpağı idi və həmin əraziləri də işğaldan azad etdi. Ermənistan bu cür təxribatlarla nəticə əldə edilə bilməz, yalnız uduzar. Bir tərəfdən əsirlərin verilməsi üçün yalvaran Ermənistan beynəlxalq ictimaiyyəti də çətin vəziyyətə salmağa çalışır. Digər tərəfdən də Azərbaycan hərbçilərinə hücum edir. Onlar bizim də qardaşlarımızdır".
Xəbəri paylaş