Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məşğulluq Mərkəzinin sabiq direktorunun işi məhkəməyə göndərildi



Newscenter.az.17.11.2021. İmişli rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Elxan Rüstəmlinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Newscenter.az Rayon Prokurorluğuna istinadən xəbər verir ki istintaqla qeyd olunan vəzifədə işləyərkən Elxan Rüstəmlinin Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka sorğusu keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq işsiz vətəndaşlar üçün dövlət büdcəsindən ayrılmış 55 min manat məbləğində vəsaitin faktiki olaraq yalnız 40 min manat hissəsini ödəməsinə, qiymətlərin şişirdilməsi yolu ilə 15 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə də dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Elxan Rüstəmliyə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı vurulmuş ziyanın ödənilməsi təmin edilib.

Cinayətin törədilməsində iştirakı olmuş digər təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində ayrıca icraata cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.

Mehman
Xəbəri paylaş