Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaxda yaşayış evində partlayış olub



Newscenter.az.17.11.2021. Qax rayonunda evdə partlayış olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qıpçaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1937-ci il təvəllüdlü Məmmədova Nina Markovna öz evində yatarkən qəfildən partlayış baş verib. Nina Məmmədova aldığı ağır yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, partlayışın baş verməsinə səbəb qaz sızması göstərilir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş