Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərəbdilli KİV-lərdə İlham Əliyevin Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi haqqında məqalə dərc edilib



Newscenter.az.17.11.2021. İordaniyanın “Nayrouz” informasiya agentliyinin saytında, həmçinin Küveytin “q8press”, İraqın “Əfkar Hürə” və “Mustağila” portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Tural Rzayevin Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi barədə məqalə dərc edilib.

Newscenter.az xəbər verir ki, məqalədə mükafatın Azərbaycanın dövlət başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edildiyi diqqətə çatdırılıb. Müəlliflər qeyd ediblər ki, Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən layiqli qiymətdir. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev Türk və islam dünyasında uzaqgörən, məqsədyönlü siyasət aparan prinsipial dövlət xadimi kimi şöhrət qazanıb. Xüsusən, 44 günlük müharibə zamanı dövlətimizin başçısının istər hərbi, istərsə də diplomatik uğurları və əldə edilən tarixi Qələbə onun həm türk ölkələri, həm də dünya miqyasında nüfuzunu daha da artırıb.

Yazıda vurğulanıb ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Qələbə Prezident İlham Əliyevin timsalında türk xalqının tarixi oyanışının rəmzi olub. Xüsusən, türk dünyası üçün də əhəmiyyətli olacaq Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər diqqətəlayiqdir. Prezident İlham Əliyev hələ 2009-cu ilin oktyabrında Türkdilli dövlət başçılarının Naxçıvan Zirvə Görüşündə deyirdi ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir.

Mehman
Xəbəri paylaş