Newscenter.az.17.11.2021. Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb.
APA-nın xəbərinə görə, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Sayt yazır ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.
XXX
Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıdan İrəvana aparan təyyarə yerə enib.
Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.