Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda daha bir zəlzələ



Newscenter.az.17.11.2021. Türkiyənin İstanbul şəhərinin Düzcə rayonunda baş verən 5.3 bal gücündə birinci zəlzələ zamanı insan tələfatı olmayıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Faxrettin Koca özünün tviterdəki səhifəsində bildirib. Nazir qeyd edib ki, hadisə ilə əlaqədar təşviş keçirən 14 xəstəyə və xəsarət alan daha 5 nəfərə tibbi xidmət göstərilib. Hazırda bölgədə ümumilikdə 38 nəfərdən ibarət tibbi işçisi cəlb edilib.

Qeyd edək ki, Düzcə rayonunda 3,9 bal gücündə ikinci zəlzələ baş verib.

Bu barədə isə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:35-də qeydə alınıb. Zəlzələ ocağı 11,21 km dərinlikdə yerləşib. "Anadolu" agentliyi bildirib ki, zəlzələ zamanı təşviş keçirən sakinlər küçələrə çıxıblar.
Xəbəri paylaş