Newscenter.az.17.11.2021. Türkiyə Xarici İşlər Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Newscenter.az xəbər verir ki, bununla bağlı nazirliyin tviter hesabında paylaşım edilib:
"33 il əvvəl bu gün azərbaycanlı qardaşlarımız Azadlıq meydanında müstəqillik iradəsini otaya qoydular. Eyni ruh və inamla işğal altındakı torpaqlarını da azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun", - paylaşımda bildirilib.