Newscenter.az.17.11.2021. Bu gün Türkmənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Batır Rəcəbov Beynəlxalq Türk Akademiyasını ziyarət edib.
Newscenter.az xəbər verir ki, Akademiya prezidenti Darxan Kıdırəli ilə görüşdə qarşılıqlı elmi əməkdaşlıq məsələlərini müzakirə olunub və gələcək birgə layihələr haqqında fikir mübadiləsi aparılıb.
Səfir Batır Rəcəbov Türk Akademiyasının fəaliyyətini diqqətlə izlədiyini bildirib və təşkilata işində uğurlar arzulayıb.
Görüşün sonunda Türkmənistan səfirinə Akademiyanın nəşrləri təqdim edilib.
Qeyd edək ki, Batır Rəcəbov bundan öncə Türkmənistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri missiyasını yerinə yetirib.
Anar