Newscenter.az.17.11.2021. "Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olmuş igid qəhrəmanlarımızın ailərinə dərin hüznlə başsağlığı verir, onların dərdlərinə şərik olur, səbr diləyirəm! Doğma Vətənimizin ərazü bütövlüyü və sərhəd toxunulmazlığı uğrunda yaralanmış bütün qazilərimizə Uca Tanrıdan sonsuz şəfalar diləyirəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri keçmiş millət vəkili, siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, igid Ordumuzun rəşadətli oğulları düşmənə layiqli cavab verərək şəhidlətimizin qisasını aldı, düşməni yerində oturdu. Erməni ordusu öz mövqelərini, texnikalarını, silah-sursatı qoyaraq qaçmaqla yenə də qorxaq və acizliyini göstərdi:
"Baş nazir Paşinyan yenə də xarici ölkələrin dövlət başçılarına yalvararaq Azərbaycanın qarşısıalınmaz öldürücü zərbələrindən xilas olmaq üçün əməliyyatları dayandırmağı xahiş etdi. Atəşkəs elan olunsa da, bu, Ermənistanın son şansıdır. Ermənistan başa düşməlidir ki, bütün təxribatlara qarşı Azərbaycan tərəfindən ən amansız cavab veriləcəkdir".
Vaqif Abdullayev hesab edir ki, Bir daha təkrarlanacaq təxribatlar Ermənistanın varlığını sual altına qoya bilər:
"Bunu erməni hökuməti və havadarları artıq başa düşməlidir. Bir daha Əsil Qəhrəmanlıq Dastanı yazan Ordumuzla qürur duyuruq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
NEWSCENTER.AZ