Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeraltı qaz xəttinə hava vurulması xəbəri təkzib edildi



Newscenter.az.17.11.2021. Ötən gün sosial şəbəkələrdə Ucar rayonunda 22N-li Yol İstismarı MMC-ə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə hava vurulması ilə bağlı dövlət qurumlarına qarşı insanlarda mənfi fikir formalaşdıran dəqiqləşdirilməmiş video paylaşılıb.

Newscenter.az-ın xəbərinə görə, Avtomobil Yolları Dövlət Agentliyi rəsmi olaraq bildirir ki, sözügedən maşın Ucar rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə sözügedən əraziyə cəlb edilib.

Vətəndaşlardan xahiş edirik ki, bu cür dəqiqləşdirilməmiş məlumatlara inanmasınlar.

Bildirmək istəyirik ki, cəmiyyət arasında çaşqınlıq yaradan qərəzli və böhtan xarakterli məlumatların paylaşılması yolverilməzdir. Bu cür fəaliyyət qanuna ziddir və hüquqi məsuliyyət doğurur.

Sevinc
Xəbəri paylaş