Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

8,36 hektar ərazidə 10758 ədəd müxtəlif cinsli ağac əkilib



Newscenter.az.18.11.2021. DEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, ölkə üzrə 17 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 8,36 hektar ərazidə 10758 ədəd müxtəlif cinsli ağac əkilib, 147 kiloqram toxum səpilib.

Belə ki, Bakı şəhəri, Xocasən gölünün sol sahilində 500 ədəd, Ağdaş rayonu üzrə 0,56 ha ərazidə 700 ədəd, Yevlax rayonu üzrə 1,30 ha ərazidə 3250 ədəd, Xaçmaz rayonu üzrə 1 ha ərazidə 1100 ədəd, Şabran rayonu üzrə 0,5 ha ərazidə 625 ədəd, Sabirabad rayonu üzrə 2 ha ərazidə 2500 ədəd, Ağstafa 1 ha ərazidə 1250 ədəd ağac əkilib, Gədəbəy rayonu üzrə 0,5 ha ərazidə 7 kq toxum, Masallı rayonu üzrə 1 ha ərazidə 140 kiloqram toxum səpilib, Balakən rayonu üzrə 0,5 ha ərazidə 833 ədəd ağac əkilib.

Qeyd edək ki, payız ağac əkini ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.

Sevinc
Xəbəri paylaş