Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: Türkdilli dövlətlərin dünya üçün əhəmiyyəti bundan sonra daha da artacaq



Newscenter.az.18.11.2021. Bu günlərdə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edildi. Qarabağın azad edilməsi istiqamətində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə bu ali mükafatla təltif olunan Prezident İlham Əliyev təşəkkürünü bildirərkən diqqətə çatdırdı ki, bu, bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Prezident İlham Əliyev çıxışında türk dövlətlərinin birgə gələcəyi barədə dəyərli fikirlər söylədi. Azərbaycanın bu mükafatı Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman almasının rəmzi məna daşıdığını bildirən dövlətimizin başçısı dedi: “Eyni zamanda, bu, son iki il ərzindəki bizim işlərimizə də verilən qiymətdir və bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur”.

Bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova ifadə edib.

Deputat deyib: “Bütün bunlar deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Son iki ildə önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bakı Zirvə Görüşündə isə Özbəkistan Şuraya üzv oldu ki, bu da çox önəmli idi. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, təşkilata böyük maraq olmasının göstəricisidir”.

J.Əhmədova vurğulayıb ki, hazırda Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Füzuli Beynəlxalq Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak edib. Hazırda isə Türkiyə şirkətləri Zəngilan aeroportunun tikintisində iştirak edirlər.

Vətən müharibəsindən sonra bölgə üçün yeni imkanlar yarandığını diqqətə çatdıran deputat qeyd edib: “Bu baxımdan, Zəngəzur dəhlizi həm türk dünyasını, həm Avropanı, həm də qonşu ölkələri birləşdirə biləcək bir layihədir. 1920-ci ildə sovet hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdu. Bu gün bu coğrafiya bərpa olunur. Buna görə də Türk Dövlətləri Təşkilatının əhəmiyyəti gündən-günə artmaqdadır”.
Xəbəri paylaş