Newscenter.az.18.11.2021. Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar DSX və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.