Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə fitosanitar monitorinqlər keçirilib



Newscenter.az.18.11.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Newscenter.az-a AQTA-dan bildirilib ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Şəki regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda yerləşən xurma və alma məhsullarının istehsalı müəssisələrinə, həmçinin məhsulların saxlanc anbarlarına baxış keçirilib. Aparılan monitorinqlər zamanı meyvələrin zərərvericilərlə sirayətlənməsi, istehsal zamanı hansı pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə olunması, həmçinin anbarların fəaliyyət sahəsinə uyğunluğu yoxlanılıb.

Monitorinqlər zamanı sahibkarlara maarifləndirici məlumatlar verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Sevinc
Xəbəri paylaş