Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu məktəbdə COVİD-19-a yoluxmuş müəllimləri üçün 14 günlük karantin tətbiq olunub



Newscenter.az.18.11.2021. Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Newscenter.az xəbər verir ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVİD-19 infeksiyasına yoluxmuş müəllimləri üçün 14 günlük karantin müddəti tətbiq olunub.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

R.Mehdiyeva
Xəbəri paylaş