Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azneft” İB-də 44 günlük Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüş keçirilib



Newscenter.az.19.11.2021. SOCAR-ın “Azneft” İstehsalat Birliyində qurumun 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup əməkdaşı ilə görüş keçirilib.

Newscenter.az “Azneft” İB-yə istinadən xəbər verir ki, qurumun baş direktorunun kadr məsələləri üzrə müavini Teymur Mahmudovun iştirak ilə baş tutan görüşdə Birliyin Vətən müharibəsində iştirak edən əməkdaşlarının problemləri dinlənilib, onların səsləndirdiyi təkliflər müzakirə edilib. Belə görüşlər mütəmadi olaraq keçiriləcək.

SOCAR, “Azneft” İB rəhbərliyi də Vətən müharibəsində iştirak edən neftçilərin sosial problemlərini, onların karyera inkişafını hər zaman diqqət mərkəzində saxlayır.

Mehman
Xəbəri paylaş