Newscenter.az.19.11.2021. Azərbaycan Turizm Bürosu ilə ABŞ-dakı tərəfdaşlar arasında keçirilən onlayn görüşdə iki ölkə arasında turizm əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan Turizm Bürosunun Baç icraçı direktoru Florian Zenqstşmid, Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov, Oklahoma Ştatının Turizm Departamentinin direktoru Cenifer Mullins, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı (PSA) Layihəsinin rəhbəri Devid Blad və başqaları iştirak ediblər.
Görüş zamanı Azərbaycanın mövcud turizm imkanları və turizm məhsulları, Oklahoma ştatı və Azərbaycanın turizm şirkətləri üçün B2B (Biznesdən biznesə) formatlı görüşlərin təşkili və turizm əlaqələrinin inkişafı, USAID və DTA tərəfindən yeni layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.
Qeyd olunub ki, ABŞ-dan gələn ziyarətçilər Azərbaycanda əsasən palçıq vulkanları, aqroturlar, paytaxtda və regionlarda tarixi və görməli məkanlar, dağ gəzintisi turları, yəhudi irsi, həmçinin beynəlxalq idman tədbirləri və işgüzar konfranslara xüsusi maraq göstərirlər. Onların Azərbaycanı bir neçə qonşu dövlətlə birlikdə təcrübə etmələri tendensiya olaraq müşahidə olunur.
Müzakirələrdə 2022-ci ildə Azərbaycan və ABŞ arasında onlayn görüşlərin, eləcə də müxtəlif turizm mövzuları üzrə vebinarların təşkili, “Azerbaijan 101” onlayn təlim platforması vasitəsilə tərəfdaşları əlaqələndirmək məsələləri haqda danışılıb.
Sevinc