Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz"ın baş direktoru jurnalistlərin suallarını cavablandırdı



Newscenter.az.19.11.2021. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev hər həftə olduğu kimi bu gün də Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə növbəti dəfə görüş keçirib.

Newscenter.az-a daxil olan xəbərə görə, sayca 5-ci dəfə təşkil olunan "Açıq qapı" aksiyasında Birliyin baş direktoru media nümayəndələri tərəfindən səsləndirilən sualları cavablandırıb. Bundan əlavə Ruslan Əliyev görüş zamanı “Azəriqaz” İB yanında yaradılan İctimai Şura üzvləri tərəfindən daxil olan və vətəndaşların sosial şəbəkələr üzərindən ünvanladıqları suallara da aydınlıq gətirib. Mətbuat nümayəndələri ilə mütəmadi olaraq keçirilən görüşlərdə əsas məqsəd budur ki, qaz təchizatı ilə bağlı onları maraqlandıran sualları rahat şəkildə Birliyin baş direktoruna ünvanlaya bilsinlər. Şəffaflığın qorunması məqsədi ilə mətbuat nümayəndələri üçün “Açıq qapı” aksiyasında iştirak etmək tamamilə könüllüdür. Bütün media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırırıq.

“Açıq qapı” aksiyası hər həftənin cümə günü “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Məlumat üçün bildirək ki, mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır.

NEWSCENTER.AZ
Xəbəri paylaş