Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası təsdiq olunub



Newscenter.az.19.11.2021. Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, iclasda AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası təsdiq edilib. Qeyd olunub ki, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmağı hədəf seçən AzTU-nun məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu istiqamətdə mütəxəssis hazırlığını təmin etməkdir.

Bundan başqa, tədrisdə akademik göstəriciləri yüksək olan tələbələrə Nizami Gəncəvi adına təqaüdün verilməsi ilə bağlı qərar da müzakirələrdən sonra qəbul olunub.

İclasda AzTU-nun professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması qaydaları, həmçinin universitetin tədris binalarına Azərbaycanın mütəfəkkirlərinin, auditoriyalarına isə şəhidlərin adlarının verilməsi ilə bağlı təkliflər də müzakirə olunub.

Daha sonra cari məsələlərə baxılıb.

R.Mehdiyeva
Xəbəri paylaş