Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İbtidai siniflərin payız tətili başlayıb



Newscenter.az.19.11.2021
. Azərbaycanın orta məktəblərində payız tətili başlayıb.

Newscenter.az xəbər verir ki, bu gün ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində bir günlük tətildir.

6 günlük məktəblərin ibtidai siniflərində isə bu gün və sabah dərs olmayacaq.

Amma ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.

Tətil noyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, tədris planına əsasən ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunur.

Xatırladaq ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunub.

Qeyd edək ki, pandemiya səbəbindən bu il ölkədə əyani tədris aşağı siniflərdə (I-IV) sentaybrın 22-də, yuxarı siniflərdə (V-XI) isə sentyabrın 29-da başlayıb.
Xəbəri paylaş