Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünənin, bu günün və gələcəyin partiyası



Newscenter.az.19.11.2021. Tarixən ölkələr və xalqlar üçün ağır olan dönəmdə çıxış yolunu tapmaq missiyası ziyalıların üzərinə düşüb.Kicik yaşlarımda olsamda 90 cı illərdən sonra yaşadığımız torpaqlarımızın işğalı, məşəqqət,məhrumiyyət,xalqın həddən artıq ağır bir dönəmdə problemlərin məngənəsində çapaladığı yaddaşımdan silinməz acı bir xatirədir.O vaxt baş verənlərin cəmiyyət olaraq bizim həyatımızdan keçdiyinə, həmin xaos, qarmaqarışıqlıq, təlatümlər dövrünü özümüzün yaşadığımıza inana bilmirəm.

Bütün bunları indiki nəslə təsvir eləmək bəzən adama o qədər çətin gəlir ki...

Ətrafda isə gündən-günə halı ağırlaşan, torpaqları yağı düşmən tərəfindən işğal edilən, sosial-iqtisadi çətinliklər məngənəsində boğulan, vətəndaş müharibəsinə sürüklənən, parçalanma təhlükəsi ilə üz-üzə qalan kövrək, zəif müstəqilliyin məhv olmanın bir addımlığına gətirilmiş Azərbaycan dövləti vardı.Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xüsusilə xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə əndişələndirirdi. Onlar bu gedişlə ölkənin hansı uçurumlara yuvarlanacağını yaxşı görürdülər. Həmin illərdə xalqı o bəlalardan iradəli, qətiyyətli böyük şəxsiyyətlər xilas edə bilərdi.Belə bir vaxta xalqın önündə getməyi bacaran 91 nəfər ziyalı çıxış yolunu Naxçıvana, böyük dövlət xadimi Heydər Əliyevə müraciət etməkdə gördülər.Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən bu ziyalıların ulu öndər Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” adlı müraciətdə də həmin dövrün acınacaqlı mənzərəsi öz əksini tapırdı. Həmin müraciət və ulu öndərin “91-lər”ə cavabı Azərbaycan xalqının və milli dövlətçiliyimizin taleyində bir dönüş nöqtəsi oldu. Bir sözlə, Ulu öndər Heydər Əliyev və 91 nəfər ziyalı Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdi.

Tarix, zaman, ölkə, xalq qarşısında son dərəcə çətin, məsuliyyətli, həlledici missiyanın daşıyıcıları......

Ulu öndər Heydər Əliyev 91-lərin müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində hazırlıq işləri başladı. Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi,Məşhur bir ifadə ilə desək, Yeni Azərbaycan Partiyasını dövr özü yaratdı, zəmanə özü yaratdı.

Heydər Əliyev "91-lər" ictimai-siyasi hərəkatını "cəsarətli ziyalılar", "Yeni Azərbaycan partiyasının "qızıl fondu" adlandırdığı, öz nitqlərində onlara yüksək qiymət verəcək və partiyanın qurucuları adlandırmışdır.O insanlar ki, YAP qurucuları olublar, partiyanın hər bir bölgədə təşkilatlanması yolunda zəhmətləri, əziyyətləri və inkaredilməz rolları olub.

Prezident kimi hər zaman “91-lər”in fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən dövlətimizin başçısı deyib: “Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başlandı”.

Zaman bir daha sübut edir ki, o dövrdə Yeni Azərbaycan Partiyası Vətəni xilas etmək amalı ilə yarandı və missiyanın öhdəsindən layiqincə gəldi. Ona görə də, partiyamızın yaranmasının tariximizdə özünəməxsus xüsusi yeri var.

Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.

Bu günlər də, Respublikamızın hər yerində YAP-ın yaranmasının 29 illiyi qeyd olunur. Ötən 29 il ərzində partiyamız böyük inkişaf yolu keçib. YAP öz ətrafında Heydər Əliyev ideyalarına bağlı olan yüzminlərlə insanı birləşdirib.Qürurverici haldır ki, bu gün sıralarında 760 mindən çox üzvü olan YAP 125 nəfərlik parlamentdə 70 deputatla təmsil edilir.2002 ci ildən (17yaşımdan) Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyuram.Tələbəlik illərindən təhsil aldığım universitetdə fakultə üzrə YAP Gənclər Təşkilatının sədri kimi daima Heydər Əliyev siyasi kursunu dəstəkləmiş, tələbələr arasında təbliğatçı olaraq gənclərin YAP ətrafında birləşməsinə çalışmış, bu istiqamətlərdə çoxlu nailiyyətlər əldə etmişəm.Fəaliyyətimin ilk illərindən başlayaraq

pərəstişkarı olduğum Ulu Öndər Heydər Əliyev siyasi-fəlsəfi dövlətçilik məktəbinin, eləcə də tərəfdarı olduğumu partiyanin istər üzv kimi çalışdığım YAP Göygöl Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini kimi ictimai-siyasi fəaliyyətimdə, istər ictimai aktivist kimi həyata keçirtdiyim layihələrdə, tədbirlərdə, istərsə də qələm sahibi kimi yaradıcılığımda geniş ictimaiyyətə nümayiş etdirirəm.

YAP sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və YAP sədr muavini ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva və 91 nəfər YAP qurucuları (dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm) başda olmaqla Yeni Azərbaycan Partiyasının bütün üzvlərini şanlı tariximizin ən parlaq səhifəsi olan YAP-ın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edirəm, günü-gündən qüdrətlənən doğma Azərbaycanımızın daha yüksək zirvələr fəth etməsi naminə hər birinizə uğurlar arzu edirəm.

Ruhunuz şad olsun Azərbaycanın qurucusu Ulu Öndər və "91" nəfər ziyalılardan haqq dünyasına qovuşanlar.

Yeni Azərbaycan Partiyası yeniləşən, inkişaf edən, qüdrətlənən Azərbaycanın partiyasıdır... Dünənin, bu günün və gələcəyin partiyasıdır... Yeri gəlmişkən bu gün tanınmış ictimai-siyasi xadim,məşhur "91-lər"-dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan gözəl insan, dəyərli ziyalı Munis Bayramovun doğum günüdür!..

Yazacağım yazının üslubunu çox düşündüm... Gördüm dünəndən Munis Bayramovun həyatı elmi-ictimai fəaliyyəti ilə bağlı çox yazılıb, çox təbriklər deyilir.Mən nə yazsam yenə hardasa deyilmiş sözləri təkrar etmiş olacağam.

Munis müəllim Azərbaycanın ən çətin anında xalqın yanında olan insanlardandır.Aqillərimizin gözəl bir deyimi var: dünya yaxşıların çiynindədir. 59 illik ömür yolunda iti zəkası, parlaq istedadı, gələcək nəslə kitablar yadigar qoyan Munis müəllim kimi dəyərli ziyalılarımız da olub ki, belə fenomenal insanın fonunda Azərbaycan qaranlıqdan işıqlı günlərə çıxıb.

59 illik ömür hekayəsinin hər sətrində təmizlik, saflıq, zəhmət, səmimiyyət, hörmət var.Bu gözəlliklər hər kəsə nəsib olmur, hər kəs Yaradanın bu lütfünə layiq olmur.Bizim ailənin sevimlisi olaraq illərin sinağından cıxmış dostluq ilə sizi tanımaq, sizin ömür hekayənizlə tanış olmaq mənimçün çox maraqlı oldu.Munis müəllim çox sayda mükafatlara layiq görülüb. Özü isə ən dəyərli mükafatını müstəqil Azərbaycanın 3-cü dərəcəli "Vətənə xidmətə görə”ordenini hesab edir. “.......Ad günüm günü 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyimi eşidəndə çox sevindim. Bu, dövlət başçısının mənə yüksək münasibətinin göstəricisidir, sağ olsun. Həmişə deyirəm Ulu öndər Heydər Əliyevin mənə göstərdiyi böyük qayğının davamını Prezident İlham Əliyevdən görürəm. Bu diqqət çiynimə daha böyük məsuliyyət qoyur.”

Ölkə Başcısının fikrinə qoşularaq milli maraqlarını hər şeydən üstün tutan "91-lər"in ən fəal üzvü, dəyərli ziyalı, tanınmış dövlət qulluqçusu,istedadlı şair, çox hörmətli Munis Bayramov!

Sizi YAP yaranmasının 29 cu ildönümü və ad gününüz münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı,eləcə də, dövlət qulluğu vəzifəsində və poeziya yaradıcılığında yeni-yeni uğurlar arzulayıram!..

Qoy bu yaşınız sizə bundan sonra hər an, hər dəqiqə, hər saat sevinc bəxş etsin.
Qoy bu yaşınız sizi sağlam ömürlə ağuşuna alsın....
Belə xoşbəxt günləriniz çox olsun, yaxşılığın keşiyində dayanan insan. Həmkarınız, akademik Ziyad Səmədzadə demiş: “...yüzü də bax beləcə, bilmədən, hiss etmədən haqlayasınız...”

Aygül Bağırova
YAP fəalı
AJB üzvü
"Qızıl qələm" ali media mükafatı laureatı
Xəbəri paylaş