Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçay Peşə Hazırlıq Mərkəzində işəgötürənlərin iştirakı ilə görüş keçirilib



Newscenter.az.19.11.2021. Göyçay Peşə Hazırlığı Mərkəzində regionda fəaliyyət göstərən sosial tərəfdaşların və peşə hazırlığını həyata keçirən müəssisələrin iştirakı ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Dövlət Məşğulluq Agentliyi tərəfindən görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib. İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunmasında sosial tərəfdaşlarla əməkdaşlığın qurulmasının Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu qeyd olunub. Həmçinin, Mərkəz tərəfindən təşkil olunan peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Sosial tərəfdaşlar da öz fəaliyyət istiqamətləri haqqında geniş məlumat verərək Mərkəzlə peşə hazırlığı kurslarının təşkili istiqamətində əməkdaşlığın qurulması üçün görüləcək işlər barədə müzakirələr aparılıb.

Sevinc
Xəbəri paylaş