Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan könüllüləri ASAN könüllülərinin fəaliyyəti ilə tanış olublar



Newscenter.az.19.11.2021. Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əməkdaşlığı çərçivəsində könüllülük sahəsində təcrübə mübadiləsi məqsədilə Qazaxıstan könüllülərinin ölkəmizə səfəri təşkil edilib.

Newscenter.az xəbər verir ki, səfərin ikinci günündə könüllülərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin, "ASAN Könüllüləri" Təşkilatının fəaliyyəti barədə məlumat verilib, könüllülük proqramları, tədbir və layihələrdən söz açılıb.

Sevinc
Xəbəri paylaş