Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu günə qədər Azərbaycanda 7500-dən çox adam COVİD-19-dan vəfat edib



Newscenter.az.20.11.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 572 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 674 nəfər müalicə olunaraq sağalıb, 7 599 nəfər vəfat edib, aktiv xəstə sayı 28 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 271, ötən müddət ərzində isə ümumilikdə 5 431 440 test aparılıb.
Xəbəri paylaş